Accessibility links

Texnoloji universitetdə baş verənlərlə əlaqədar hesabat açıqlanıb


Virciniya ştatının Texnoloji universitetində aprel ayında baş verən hadisə ilə bağlı hesabat açıqlanıb. Universitet tələbəsinin müəllim və digər tələbələri atəşə tutması ilə bağlı hesabatda deyilir ki, universitet rəsmiləri həmin gün universitet kompleksində iki nəfərin qətlə yetirilməsindən sonra tələbələri daha tez xəbərdar etməli idi.

Müstəqil qrup tərəfindən hazırlanan hesabatda deyilir ki, qətllərlə polisin xəbərdarlıq verməsi arasında iki saat fasilə olmuş və həmin müddət ərzində silahlı Seung Hu Ço özünü öldürməzdən əvvəl 30 nəfərin güllələməsi üçün universitetin başqa binasına getməsinə vaxt qazanmışdı. Hesabatda bildirilir ki, kompleksin bağlanması ilə tələblər müdafiə edilə bilər, ölüm hallarına isə yol verilməzdi. Araşdırma qrupu Virciniya ştatının qubernatoru tərəfindən təyin edilmişdi.

XS
SM
MD
LG