Accessibility links

Demokratlar Prezident Buşu İraq siyasətini dəyişməyə çağırırlar


İraqa səfərdən qayıtmış ABŞ nümayəndələr palatasının Demokrat partiyasından üzvü bildirib ki, prezident Buşun İraqdakı siyasəti nəticə vermir. İllinoys ştatından Konqres üzvü Yan Şakovski demokratların ənənəvi radio müraciətində deyib ki, ABŞ-ın İraqdakı hərbi qüvvələrin rəhbəri general Devid Petraus, qoşunların bu ölkədə növbəti 10 il ərzində qalacağını demokratların nümayəndə heyətinə söyləyib. Xanım Şakovski Respublikaçılar partiyasına müraciət edərək onları müharibə strategiyasını dəyişdirmək tələbinə qoşulmağa çağırmışdır.

Xatırladaq ki, bu ay Buş administrasiyası Konqresə İraqdakı vəziyyət barədə hesabat təqdim etməlidir. Prezident Buş əmin edib ki, bu hesabat əldə olunmuş nailiyyətlər, təkmilləşməyə ehtiyac olan və növbəti aylarda görüləcək işlər barədə məlumatları əks etdirəcək.

XS
SM
MD
LG