Avstraliya polisi bu gün Sidneydə APEK ölkələrinin illik sammitinə etiraz edən 11 ətraf mühit mühafizəsi fəalını həbs edib. Nümayişçilər APEK əleyhinə şüarlar səsləndirib, qurumun üzvü Cini Amerika və Avstraliyanın iqlim dəyişikliyi ilə bağlı fəaliyyətləri zərbə altına aldığından xəbərdar olmağa çağırıb. Avstraliyada Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlı Təşkilatının 21 üzvünün iştirak etdiyi forum güclü təhlükəsizlik tədbirləri altında keçiriləcək. ABŞ, Rusiya və Çin prezidentlərinin də iştirakı ilə keçiriləcək tədbirdə iqlim dəyişikliyi, qlobal ticarət və regional iqtisadi inteqrasiya məsələləri müzakirə ediləcək.