Accessibility links

ABŞ Şimali Koreyanın adını terrorçuluğa sponsorluq edənlər siyahısından çıxarmağa razıdır


" hspace=2 src="/azerbaijani/images/AP__US_Hill_arrives_for_meeting_eng_195_2sept071.jpg" width=210 align=right vspace=2 border=0>Şimali Koreya bildirib ki, ABŞ bu ölkənin adını terrorçuluğa sponsorluq edən dövlətlər siyahısından çıxarmağa razı olub. Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi qərarın Cenevrədə iki ölkə nümayəndələrinin görüşündən sonra verildiyini bildirir. Xarici İşlər Nazirliyinə istinad edən agentlik habelə Vaşinqtonun Pxenyana qarşı cəzalandırıcı sanksiyaları aradan qaldırmağa razı olduğunu xəbər verib. ABŞ hələlik bu məlumatı təsdiq etməyib, lakin terrorizm məsələsi Cenevrədəki görüşdə müzakirə olunub. Bazar günü ABŞ elçisi Kristofer Hill elan etdi ki, Şimali Koreya ilin sonunadək bütün nüvə proqramlarına son qoymağa razılaşıb.
XS
SM
MD
LG