Accessibility links

Taliban yaraqlıları ilə koalisiya qüvvələri arasında qarşıdurma olub


Əfqanıstandan alınan xəbərdə bildirilir ki, ölkənin cənubunda NATO-nun iki əsgəri qətlə yetitilib, bir əsgər və bir tərcüməçi yaralanıb. Əfqanıstandakı Birləşmiş Ştatlar hərbiçilərinin bildirdiyinə görə, Qəndəhar vilayətində Taliban yaraqlıları ilə Əfqanıstan və koalisiya qüvvələrinin qarşıdurması nəticəsində azı 24 yaraqlı öldürülüb. Hərbiçilər deyirlər ki, qarşıdurma yaraqlıların Qəndəharın iki ayrı-ayrı ərazisində əfqan və koalisiya qüvvələrinin keşik məntəqələrini pusquya salmaq istəyərkən baş vermişdir. Döyüş zamanı yaraqlıların mövqelərinə qarşı təyyarələrdən də istifadə edildiyi bildidilir.

Hərbiçilər eləcə də bu gün Qəzni vilayətindəki Talibanlarla döyüş zamanı bir neçə yaraqlının öldürüldüyünü bildirirlər. Dünən isə xəbər verilmişdi ki, Qəzni vilayətində iyul ayında 23 cənubi koreyalını girov götürməkdə günahlandırılan Taliban komandiri Molla Mətin hökumət qüvvələri tərəfindən öldürülüb.

XS
SM
MD
LG