Azad Avropa / Azadlıq radiosu Tehranın beş ay saxladıqdan sonra amerikalı iranlı jurnalistin ölkəni tərk etməsinə icazə vermək qərarını alqışlayıb. Rəsmiləri Pərnaz Azimanın yanvar ayında İrana gələrkən əlindən aldıqları pasportunu ona çərşənbə axşamı günü təqdim ediblər. İran rəsmiləri ABŞ vətəndaşı olan Azimanı İranın milli təhlkükəsizliyinə hədə yaratmaq və təbliğat yaymaqda günahlandırmışlar.
Pərnaz Azima Azadlıq radiosu və Amerikanın Səsi yayım şirkətlərinin Fars şöbələrinin müxbiridir. Azadlıq radiosunun prezidenti Ceffri Gedmin Azimanın tez bir zamanda ABŞ-da övladlarına qovuşub və həmkarları ilə görüşəcəyindən məmnunluq hissini ifadə edib.