İndoneziyanın səhiyyə işçiləri Sumatra adasında bir nəfərin quş qripi səbəbilə öldüyünü bildirirlər. Rəmsilər testlərin həmin şəxsin quş qripinə səbəb H5N1 virusuna yoluxduğunu təsdiq etdiyini deyirlər. Ümümdünya Səhiyyə Təşkilatı da bunu təsdiq etsə, İndoneziyada quş qripindən ölənlərin sayı 85 olacaq. 2003-cü ildən çoxu Asiya xalqlarının nümayəndələri olmaqla, dünya üzrə quş qripindən ölənlərin sayı 200-ə çatıb.