Accessibility links

Pxenyan Amerika, Çin və Rusiya ekspertlərini Şimali Koreyaya dəvət edib


ABŞ-ın nüvə müzakirəçisi Kristofer Hill bildirib ki, Pxenyan Amerika, Çin və Rusiya ekspertlərini gələn həftə nüvə obyektlərinin təftişi məqsədi ilə Şimali Koreyaya dəvət edib. APEK ölkələrinin illik sammiti ərəfəsində Sidneydə danışan ABŞ-ın dövlət katibinin yardımçısı Hill bu dəvəti Koreya yarımadasının silahsızlaşmasına doğru mühüm addım olduğunu deyib. Bundan əvvəl ABŞ prezidenti Corc Buş və onun Cənubi Koreyalı həmkarı Şimali Koreyanın nüvə proqramı məsələsinin müzakirəsi məqsədi ilə görüş keçirmişdi. Amerika lideri Rusiya prezidenti Vladimir Putinlə də danışıqlarında Şimali Koreya da daxil edilməklə, bir sıra, o cümlədən Şərqi Avropada raketlərdən müdafiə sisteminin yerləşdrilməsi məsələsini müzakirə etmişdi.

XS
SM
MD
LG