Accessibility links

Luçano Pavarotti son mənzilə yola salındı


Dünyanın tanınmış şəxsləri və siyasi liderlər opera sənətinin ulduzu Luçano Pavarottini son mənzilə yola salmaq üçün onun doğma şəhəri Modenada toplaşıb. Minlərlə insan Modena kafedralındakı mərasimi canlı yayımda izləyib. Dəfn mərasimindən öncə minlərlə insan dünya şöhrətli tenorla vidalaşmağa gələrək onun cənazəsi önündən keçib. Tanınmış opera müğənniləri mərasimdə klassik operalardan ariyalar ifaə ediblər. İtaliyanın baş naziri Romano Prodi, BMT-nin sabiq baş katibi Kofi Annan, İtaliyanın opera ulduzu Andrea Boçelli,U2 qrupunun rəhbəri Bono daxil olmaqla, rok musuqiçilər, opera ustaları dəfn məramisində iştirak edənlər arasında olub. Luçano Pavarotti cümə axşamı 71 yaşında dünyasını dəyişmişdir.
XS
SM
MD
LG