Prezident Buş deyib ki, gələn həftə ABŞ-ın İraqdakı komandiri genral Petreus və səfir Rayan Krokerin tövsiyələrilə bağlı Ameirka xalqa müraciət edəcək. Hər şənbə günü özünün xalqa radio müraicətində cənab Buş bildirib ki, çıxışında İraq strategiyasını müzakirə edəcək və ABŞ-ın İraqda mövcudluğuna dair özünün baxışlarını ifadə edəcək. Ağ evin rəsmiləri prezidentin məhz hansı gün xalq müraciətlə çıxış edəcəyi haqda məlumat verməyiblər. Senatda demokrat əksəriyyətin lideri Herri Rid Demokrat partiyasının cavabında deyib ki, İraqda müharibəsi 2001-ci ildə ABŞ-a qarşı terror hücumlarına səhv cavab idi. Onun sözlərinə görə, Birləşmiş Ştatlar İraq müharibəsinə məsuliyyətli bir şəkildə son qoymalı və diqqəti terrorizmi məğlub etmək işinə yönəltməlidir.