Accessibility links

APEK ölkələrinin sammiti bitdi


Asiya-Sakit Okeanı hövzəsi liderləri bu gün Avstraliyanın Sidney şəhərində iki-günlük sammiti qlobal ticarət danışıqlarını bərpa etmək çağırışları ilə başa vurublar. Nümayəndələr bu gün bəyanat verərək Doha raundu danışıqlarının final mərhələyə daxil olmasını təmin etmək üçün səy və siyasi iradələrini əsirgəməyəcəklərini bəyan ediblər. Yoxsulluğu azaıltmağa yönəlmiş Dünya Ticarət Təşkilatı danışıqlarının Doha raundu kənd təssərüfatı tarifləri və bazara çıxış məhdudlaşdırıldığına görə dayandırılıb. Başqa məsələdə 21 regional iqtisadiyyatın liderləri iqlim dəyişikliyinə yol açan istixana qazlarının azaldılmasını vəd ediblər. Lakin sammit əsnasında konkret emissiya limiti müəyyən edilməyib.
XS
SM
MD
LG