Accessibility links

General Petreus İraq haqda hesabata hazırlaşır


ABŞ-ın İraqdakı ali hərbi komandiri sabah qanunvericilər qarşısında həmin ölkədəki vəziyyətlə bağlı təqdim edəcəyi hesabatın hazırlanmasına başlayıb. General Devid Petreus ABŞ bu ilin əvvəlində İraqa əlavə qoşun yeritdikdən sonra İraqda baş verən cərəyanları təsvir edəcək. ABŞ səfiri Rayan Kroker də həmçinin İraqdakı siyasi situasiya ilə bağlı ifadə verəcək. Cənab Buş ümid etdiyini bildirib ki, ABŞ qanunvericiləri nəticəyə gəlməzdən əvvəl General Petreusa və səfir Krokerə qulaq asacaqlar. APEK sammitindən qayıdan cənab Buş yolüstü Havayda dayanaraq İraqda yaralanmış əsgərlərə baş çəkib. Prezident əsgərlərə İraqdakı son nailiyyətlərdən ürəkləndiyini bildirib.
XS
SM
MD
LG