BMT baş katibi Ban Ki Mun Sudanın başıbəlalı Darfur regionunda sülhə və sabitliyə doğru əldə olunan proqresdən ürəkləndiyini bildirib. Afrikanın 3 dövlətinə turunun ardınca danışan cənab Ban bildirib ki, Darfurda münaqişə tərəfləri həqiqi irəliləyiş əldə ediblər lakin hansısa konkret nailiyyətdən danışmaq hələ tezdir. Cənab Ban Darfurun əksər üsyançı qruplarını Sudan hökuməti ilə Oktyabrın 27-də Liviyada başlanacaq sülh danışıqlarında iştirak etməyə səsləyib. Üsyançı qruplar arasında fikir ayrılığı Darfur sülh təşəbbüslərinə başlıca maneələrdən olub. Aparıcı üsyançı lider Əbdül Vahid Nur Darfurda atəşkəs olmadan hər hansı danışıqlarda iştirak etməkdən imtina edir.