Accessibility links

Nuri Əl-Maliki İraq qüvvələrinə əlavə vaxtın lazım olduğunu deyib


İraqın baş naziri Nuri Əl-Maliki qanunvericilərə bildirib ki, ölkə boyu təhlükəsizliyin təmin edilməsində inkişaf əldə edilsə də, təhlükəsizliyin tam ələ alınması üçün İraq qüvvələrinə əlavə vaxt lazımdır. Bu gün parlament qarşısında çıxış edən baş nazir Bağdad və Əl-Ənbar vilayətində zorakıqlıların səviyyəsinin 75 faiz azaldığını deyib. Nuri Əl Maliki onun hökumətinin İraqı vətəndaş müharibəsinə sürüklənməkdən xilas etdiyini bildirib.

Qeyd edək ki, baş nazir Əl-Maliki hazırda təriqətlər arasında parçalanmaının qarşısını ala bilmədiyinə görə kəskin tənqidlərlə üzləşib.

XS
SM
MD
LG