Accessibility links

ABŞ İranı beynəlxalq tələblərə cavab verməyə çağırıb


ABŞ İranı şübhəli nüvə fəaliyyətləri ilə bağlı beynəxlaq tələblərə cavab verməyə çağırıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyətinə başçılıq edən Qreqori Şult bu gün bildirib ki, İranın tam şəkildə tələblərə riayət etməsi belə, onun bomba istehsal etmək qabiliyyətinə dair qorxuları azaltmayacaq. Şult bunları Vyanda, 35 üzvlü Beynəxlaq Atom Enerjisi Agentliyinin bu gün açılan bir həftəli iclası zamanı bildirib. O deyib ki, Amerikanı İranın keçmiş fəaliyyətlərinə dair sulları cavablandırdığı halda, uran zənginləşdirilməsi səylərinə dair bugünkü məlumatları gizlətdiyi narahat edir.
XS
SM
MD
LG