ABŞ-ın İraqdakı hərbi qüvvələrinin komandanı general Deyvid Petreus və səfir Rayan Kroker ölkədə səkkiz ay bundan əvvəl Amerika əsgələrinin sayının arıtılmasının nəticələrinə dair Konqres qarşısında hesabat verirlər. General Petreus və səfir Kroker prezident Buşun ABŞ hərbi qüvvələrinin sayının artırılması planını təsirlərilə bağlı fikirlərini Konqresin Nümayəndələr Palatasının iki əsas komitəsinin üzvlərinə çatdıracaqlar. Müxətlif mənbələrin bildirdiyinə görə, onlar Konqresə əsgərlərin sayının artrıılmasının İraqda təhlükəsizliyin güclənməsinə kömək etdiyini deyəcəklər. Nyu York Tayms qəzeti yüksək səviyyəli rəsmiyə istinadən xəbər verir ki, Petreus əsgərlərinin sayının azaldılması haqda hər hansı bir qərarın 6 ay müddətinə təxirə salınmasını istəyəcək. Generalın və diplomatın həmçinin İraq hökumətinin milli birliyə nail olmaq işində inkişaf əldə etmədiyindən narazılıqlarını ifadə edəcəyi də bildirilir. Konqresin Silahlı qüvvələr və Xarici Əlaqələr komitəsində keçirilən dinləmələrd Senatın xüsusi iclasında davam etdiriləcək. Dinləmələr Konqresin ABŞ hərbi qüvvələrinin İraqı nə vaxt və necə tərk etməsinə dair debatlar keçirdiyi vaxt aparılır.
Yeni rəy sorğuları isə amerikalıların çoxunun İraqda inkişafa olduğuna dair hər hansı xəbərin şişirdildiyinə inandığını göstərir. Vaşinqton Post və ABC Nyusun keçirdiyi sorğuya əsasən, amerikalıların 53 faizinin fikrincə, Konqres qarşısında hesabatda İraqda vəziyyət oldğundan daha yaxşı göstərməyə cəhd ediləcək. Amerikalıların 39 faizi hesabatda İraqda vəziyyətin olduğu kimi əks etdiriləcəyinə inanır.
Prezident Buş İraqda dair planları ilə bağlı bu həftə Amerika xalqına müraciət edəcək.