Accessibility links

2001-ci il terror aksiyasından 6 il keçir


Bu gün Amerikada 2001-ci terror aksiyalrının 6-cı ildönümü Nyu York və Vaşinqton şəhərlərində anım mərasimləri təşkil edilir. Prezident Corc Buş, vitse-prezident Dik Çeyni və dövlət katibi Kondoliza Rays Ağ Ev qarşısındakı tədbirdə bir dəqiqəlik sükut elan edib. Nyu-York şəhərində həlak olan xilasetmə işçiləri və hücumun 750 qurbanının adları oxunub. ABŞ-ın müdafiə naziri Robert Geyts 184 adamın həlak olduğu Pentaqon mərasimində çıxış edib. Pensilvaniya ştatında qaçırılan təyyarənin düşməsi nəticəsində həlak olan 40 adamın xatirəsi anılıb. Sentyabrın 11-i hücumlarını planlaşdıran Əl-Qaidə lideri Üsama Bin-Ladenin bu gün video müraciəti açıqlanıb. Bin Laden onu dəstəkləyənləri şəhidlər karvanına qoşulmağa çağırıb. O, Dünya Ticarət Mərkəzinə qarşı ilk hücumda həlak olan Valid Əl-Şehrinin şücaətindən danışıb. Bin-Ladendən sonra videoda Amerikanı pisləyən Əl-Şehri göstərilib.

XS
SM
MD
LG