Accessibility links

Almaniyadakı Amerika hərbi bazasına bomba hədəsi barədə zəng olub


Qərbi Almaniyada yerləşən Amerika hərbi bazasında naməlum şəxs bomba hədəsi ilə telefon etdikdən sonra Alman polisi geniş əməliyyata başlayıb. Polisin bildirdiyinə görə, rus və ya türk aksenti ilə danışan şəxs Spanqdahlem hava bazasına bazar ertəsi axşam zəng edib. Həmin şəxs bazaya 4 nəfərlə hücum edəcəyini bildirmiş və bomba ifadəsini işlətmişdir. Polisin sözlərinə görə, ABŞ hərbiçiləri dərhal Alman rəsmilərinə məlumat vermiş və qoruyucu tədbirlər görülmüşdür. Polis hazırda hədələyən şəxsin kimliyini müəyyənləşdirməyə çalışır.
XS
SM
MD
LG