Accessibility links

Ankarada bomba hücumunun qarşısı alınıb


Türkiyə polisi paytaxt Ankarada bomba hücumunun qarşısını alıb. Bomba şəhərin mərkəz hissəsindəki qarajın içərisində aşkar edilib. Bu gün səhər Ankara meri Kamal Onalın yerli polislərə istinadən verdiyi məlumatına görə, mikroavtobusun içərisinə böyük həcmli partlayıcı maddə yerləşdirilib. Hadisə aşkarlanan kimi səlahiyyətli şəxslər dərhal yaxınlıqdakı mağaza və idarələri evakuasiya ediblər. Merin sözlərinə görə, bombanı yerləşdirən şəxsi dərhal tapmaq mümkün olmayıb.

Türkiyədə bomba cəhdləri vaxtaşırı baş vermir. Yalnız əvvəllər kürdlərin və İslamçı yaraqlıların bu tip hadisələri qeydə alınıb. Sonuncu böyük tələfat 2003-cü ildə İstanbulda iki sinaqoqun, Böyük Britaniya konsulluğunun və bankının partladılması zamanı olmuşdu. O zaman 60-a yaxın insan həlak olmuşdu. Rəsmilər bu hadisənin Əl-Qaidə terrorşuları tərəfindən həyata keçirildiyini ehtimal edirdilər.

XS
SM
MD
LG