Accessibility links

İndoneziyada zəlzələdən sonra bərpa işləri başlayıb


İndoneziyanın Sumatra adasında şiddətli zəlzələ və yer titrəyişlərindən sonra bərpa və xilasetmə işləri başlayıb. 8,4 gücündə ilk zəlzələ dünən Benqkulu şəhərini sarsıtmışdı. Bundan sonra dörd daha zəlzələ və 20-dən artıq güclü yer titrəyişi müşahidə olunmuşdur. İndoneziya rəsmiləri sunami haqda xəbərdarlıq vermiş, lakin sonra onu ləğv ediblər. Beynəlxalq Mersi Corps yardım agentliyi xilasetmə işçilərinin Sumatrada ciddi dağıntılar haqda xəbər verdiyini bildiriblər.
XS
SM
MD
LG