Accessibility links

Rusiyanın baş naziri təsdiq edildi


Rusiya parlamentinin Aşağı Palatası-Dövlət Duması prezident Vladimir Putinin nominasiyasını irəli sürdüyü Viktor Zubkovu baş nazir vəzifəsinə təsdiq edib. Qanunvericilər 381 leyhinə, 47 əleyhinə və 8 bitərəf səslə Zubkovun namizədliyini təsdiq ediblər. 66 yaşı sabah tamam olacaq Zubkov siyasi həyatda tanınan şəxsiyyət deyildi. O, Rusiyanın çirkli pulların yuyulması əleyhinə mübarizə agentliyə rəhbərlik edirdi. Rusiyanın müdafiə sahəsinin inkişafına xüsusi diqqət yetirəcəyini bildirən cənab Zubkov prezident seçkilərində iştirak edəcəyini də istisna etmədiyini deyib.

XS
SM
MD
LG