Accessibility links

ABŞ və koalisiya qüvvələri İraqda Əl-Qaidə fəallarına qarşı əməliyyatlar aparır


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri bildirir ki, bu gün İraq ordusu ilə birlikdə ölkənin mərkəzində və şimalında keçirdikləri əməliyyatlar zamanı 14 terrorist öldürülmüş, şübhəli bilinən 17 nəfər isə həbs edilmişdir. Əməliyyatların hədəfi Əl-Qaidənin yüksək səviyyəli liderləri olub. Dünən isə, cümə axşamı Ramadi şəhərində, öz evinin yanında qətlə yetirilən sünni qəbilə lideri Şeyx Əbdül Səttar Əbu Rişanın qətlinin məsuliyyətini Əl-Qaidə öz üzərinə götürmüşdür. Xatırladaq ki, keçən il Şeyx Əbdül Səttar Əbu Rişa İraqdakı Əl-Qaidə qrupuna qarşı mübarizə aparan təşkilat yaratmışdı.

İraqdan alınan digər xəbərdə bildirilir ki, ABŞ və İraq hərbiçiləri tərəfindən Divaniyyə şəhərində şiə yaraqlılarının başçılarından biri, Nəcah Əl-Əqra öldürülmüşdür.

XS
SM
MD
LG