ABŞ-ın Dəniz-Piyada qoşunlarının generalı Piter Peys 2003-cü ildə İraqa müdaxilə etməmişdən bir neçə gün öncə bəzi səhvlərə yol verdiyini deyir. Baş hərbi məmur jurnalistlərə verdiyi açıqlamada deyib ki, o güman edirdi ki, İraq xalqı Səddam Hüseynin zülmündən qurtardığını sevinclə qarşılayacaq. O, həmçinin inanırdı ki, İraq ordusu yeni dövlətə xidmət edəcək. General əlavə edib ki, o, İraq ordusunun dağılacağını bilsəydi, oraya əlavə ABŞ qüvvələrinin yeridilməsini tövsiyə edərdi. Lakin general Peys hələ də Səddamn devrilməsi qərarını dəstəklədiyini bildirib.
Hərbi Dəniz Qüvvlərinin zabiti, müharibə veteran oktyabrın 1-də Baş Qərargahlar rəisi vəzifəsindən təqaüdə çıxacaq.