Accessibility links

ABŞ nümayəndə heyəti Şimali Koreyadan qayıdıb


Cənubi Koreya rəsmiləri deyirlər ki, ABŞ nüvə ekspertləri Şimali Koreyanın nüvə müəssisələrini bağlamaq barədə müsbət danışıqlar aparıblar. Seul nümayəndəsinin müavini Lim Sunq Nam deyir ki, ötən həftə aparılan danışıqlar biznes üslubunda və müsbət atmosferdə keçib. O, bu şərhləri Şimali Koreyaya 5 günlük səfər etmiş ABŞ nümayəndə heyəti ilə söhbətdən sonra açıqlamışdır. Amerikalılar Şimali Koreyanın əsas nüvə obyektlərini Çin və Rusiyadan gəlmiş ekspertlərlə birgə təftiş ediblər. Lim bildirib ki, ABŞ rəsmiləri öz tapıntılarını qarşıdan gələn həftə Pekində keçiriləcək danışıqlarda müzakirə edəcək. Onun sözlərinə görə güman ki, bu danışıqlarda nümayəndələr tərksilah prosesinin sonrakı mərhələsi haqda qərar qəbul edəcəklər.
XS
SM
MD
LG