Accessibility links

Yaponiya liderliyinə namizəd koalisiyaya yardımı davam etdirəcək


Yaponiya baş nazirliyi uğrunda yarışda öndə gedən namizəd Tokyonun Əfqanıstanda Amerika qüvvələrinin başçılığı ilə aparılan koalisiya əməliyyalarında iştirakının davam etməsi üçün qanun layihəsi təqdim edəcək. Bu gün televiziya debatında çıxış edən Yasuo Fukuda deyib ki, qanun layihəsi müxalifətin çoxluq təşkil etdiyi yuxarı palatada səsə qoyulmadan qüdrətli aşağı palatada təsdiq oluna bilər. O, bildirib ki, bu tədbirə yalnız son imkan kimi əl atılacaq. Müxalifət Yaponiya donanmasının koalisiya gəmilərini yanacaqla təchiz etməsinə şərait yaradan bu qərarı yeniləmək istəmir. Hazırkı qanunun vaxtı isə Noyabrın 1-də sona yetir. Fukudanın rəqibi Taro Aso da bu qanun layihəsini dəstəkləyir. Baş nazir Sentyabrın 23-ü müəyyənləşəcək.
XS
SM
MD
LG