Accessibility links

İsrail əsgərləri 2 Fələstinlini öldürüb


Fələstin rəsmiləri bildirirlər ki, İsrail əsgərləri qərb sahilində müxtəlif insidentlərdə açdıqları atəş nəticəsində 2 fələstinlinin həyatına son qoyublar. Bu gün səhər İsrail əsgərləri Nablus qaçqın düşərgəsində Al-Aqsa şəhidlər briqadasının bir neçə üzvünü öldürüb. İsrail tərəfi də bu məlumatı təsdiqləyib. İsrail ordusunun sözçüsü deyir ki, əsgərlər iki silahlı şəxsə atəş açıb. Onlardan biri həlak olub, digəri isə yaralanıb. Hebron yaxınlığında baş berən başqa bir insidentdə İsrail qüvvələri iki fələstin ailəsi arasında gedən atışmada iştirak edən bir kişini öldürüblər. Rəsmilərin verdiyi açıqlamada öldürülən şəxsin silahlı olduğu bildirilib. Bundan başqa Qəzza bölgəsində Həmas təhlükəsizlik qüvvələri Fələstin parlamentinin binasının yaxınlığında bomba aşkar edib. Həmas bu cihazı quraşdırmaqda Fatah hərəkatını günahlandırır. Cari ilin iyun ayında Fatahla toqquşmalar zamanı 100 nəfərin həlak olmasından sonra Həmas Qəzzada nəzarəti daha da gücləndirib.
XS
SM
MD
LG