Accessibility links

Rusiya Latviya ilə sərhəd müqaviləsini təsdiq etdi


Rusiya parlamentinin yuxarı palatası Latviya ilə sərhəd müqaviləsini ratifikasiya edib. Rusiya Federasiya Şurası 117-1 nisbətində ölçüyə səs verərək imzalanmaq üçün sənədi Prezident Vladimir Putinə göndərib. Müqavilə 1940-cı ildə Sovet hökuməti Latviyanın kiçik hissəsini ilhaq etdikdən sonra müəyyən edilmiş sərhəd prinsiplərini təsdiq edir. Ərazi üzərində razılığın əldə olunmaması ratifikasiya prosesini iki il yubatmışdı. Həmin ərazini Latviyalılar Abren, Ruslar isə Pıtalovo adlandırır. Rusiya parlamentinin aşağı palatası və Latviya artıq müqaviləni təsdiq edib.
XS
SM
MD
LG