İranın yüksək səviyyəli rəsmisi deyb ki, İsrail İrana hücum etsə, Tehran bomba hücumları ilə cavab verəcək. İranın xəbər agentliyi Fars bu gün Hərbi Hava Qüvvələrinin komandir müavini Məhəmməd Ələviyə istinadən xəbər verib ki, Tehran ölkə ərazisinə qurudan hücum edildiyi təqdirdə İsrailə qarşı bomba hücumu keçirməyi planlaşdırır. Ağ evin mətbuat katibi Dana Perino deyib ki, İranın bəyanatı işə kömək etmir. Onun sözlərinə görə, İsrail qonşuları ilə müharibə etməyə hazırlaşmır. İsrail xarici işlər nazirliyinin sözçüsü Marek Reqev bildirib ki, İsrail və beynəlxalq ictimaiyyət İranın təhlükələrini ciddi qəbul edir.