Accessibility links

Beyrut yaxınlığında bomba partlayışı baş verib


Livanın təhlükəsizlik qüvvələri bildiriblər ki, Beyrutun yaxınlığında həyata keçirilmiş bomba partlayışı nəticəsində Syriyaya qarşı çıxış edən siyasətçi və ən azı diqər 6 nəfər qətlə yetirilib.

Bomba bu gün, Livan paytaxtından şərqdə əsas etibarilə xristianların yaşadığı qəsəbədə baş vermişdir. Televeziyada nümayiş etdirilən reportajda maşının alovlandığı və yaxınlıqdakı binanın dağıldığı göstərilmişdir.

Rəsmilərin məlumatına görə, bomba partlayışı nəticəsində sağ yönümlü Phalang partiyasından parlamnt üzvü Antoin Ganem öldürülmüşdür.

XS
SM
MD
LG