Accessibility links

ABŞ dövlət katibinin İsrail və Fələstin ərazilərinə  səfəri davam edir


ABŞ dövlət katibi Kondoliza Rays İsrail və Fələstin ərazilərinə 2 günlük səfəri davam edir. Səfəri çərçivəsində xanım Rays İordan çayının Qərb sahilində Fələstin prezidenti Mahmud Abbasla danışıqlar keçirib. Görüşdən sonra o bildirib ki, Yaxın Şərq sülh konfransı Fələstin dövlətinin yaradılması üçün mühüm bir tədbir olmalıdır. Eyni zamanda İsrail təhlükəsilzik kabinetinin Həmasın nəzarəti altında olan Qəzza zolağını “düşmən obyekti” elan etməsindən sonra humanitar böhrana yol verməyəcəyinə söz verib. Amerika Birləşmiş Ştatları Qəzzanın “düşmən obyekti” olduğuna dair İsrailin mövqeyi ilə tamamilə razı olduğunu deyən Kondoliza Rays Qəzzada yaşayan günahsız fələstinlilərin yaddan çxaırlmayacağını bildirib. Xatırladaq ki, ABŞ dövlət katibi İsrail və Fələstin liderləri ilə cari ilin noyabr ayında Birləşmiş Ştatlarda keçiriləcək konfransa təqdim ediləcək Fələstin dövlətinin yaradılmasına dair sənədlər üzərində işləyir.

XS
SM
MD
LG