Accessibility links

Antuan Qanem torpağa tapşırıldı


Bu gün Livanın siyasi rəhbərləri və yüzlərlə adi vətəndaş Antuan Qanemin dəfn mərasimində iştirak edib. Parlamentin sabiq xristian üzvü Antuan Qanem Beyrut yaxınlığındakı qəsəbədə maşını hədəf alınan bomba partlayışı nəticəsində qətlə yetirilmişdi. Qanemin Livan bayrağına bükülmüş cənazəsi kilsəyə aparılarkən onun Palang siyasi partiyasının qənc tərəfdarları partiyanın bayraqlarını qaldırıblar. Mərasimdə Qanemin həyat yoldaşı və qızı daxil etməklə, ailə üzvləri iştirak edib, siyasətçilər və tanınmış şəxsiyyətlərin başsağlığını qəbul ediblər. Bu gün ölkənin orta və ali məktəblər, mağazalar və dövlət müəssisələrinin çoxu bağlı olub. Mərasim ciddi təhlükəsizlik tədbirləri altında keçirilib.

XS
SM
MD
LG