Bu gün ABŞ senatında İraq müharibəsinin kursunu dəyişəcək qanun layihəsinin təsdiqinə yol verilməyib. ABŞ qüvvələrinin gələn iyun ayında İraqdan çıxaırlmasını irəli sürən sənədi Miçiqandan senator Karl Levin təqdim etmişdi. Təklifin lazımi 60 səsi əldə edəcəyi təxmin edilmirdi. Demokratlar 13 səs çatışmazlığı ilə yekun debatlar və yekun səsverməyə nail olmayıblar. Qeyd edək ki, demokratların sponsorluğu ilə bundan əvvəl təklif edilən iki ölçü nailiyyətsizliyə uğramışdı. Senatın respublikaçı nümayəndələri çərşənbə günü əsgərlərin hərbi təyinatları arasındakı müddətin uzadılmasına dair qanunun təsdiqinə mane olmuşdu.