Accessibility links

Türk hərbi qüvvələri ilə kürd yaraqlıları arasında qarşıdurma olub


Türkiyə hərbi qüvvələrinin bu gün açıqladığı məlumatda bildirilir ki, dünən gecə İraqla sərhəddə apardıqları əməliyyatlar zamanı 4 kürd yaraqlısı öldürülüb. Xəbərdə qarşıdurmanın ölkənin cənub-şərqindəki Hakkari vilyətində baş verdiyi deyilir.

Qeyd edək ki, 1984-cü ildən bəri PKK-nın Türkiyənin cənub-şərqində muxtariyyət tələbi ilə apardıqları müharibə 30 000-dən çox insanın ölümünə səbəb olub.

XS
SM
MD
LG