Accessibility links

İtaliyalı əsgərləri xilas etmək mümkün olub


Əfqanıstanda itkin düşən 2 İtaliya əsgərini ölkənin şimalında keçirilən əməliyyat nəticəsində xilas etmək mümkün olub. Rəsmilərin sözlərinə görə, NATO qüvvələri onları Farah vilayətində aşkar ediblər. Biri ağır olmaqla, hər iki italiyalı əməliyyat zamanı yaralanıb. Bundan başqa bir əfqan mülki vətəndaşı xəsarət alıb. İtkin düşən digər əfqan haqda isə hec bir məlumat yoxdur.

Qeyd edək ki, şənbə günü 2 İtaliya əsgəri, onların əfqan sürücüsü və tərcüməçisi İranla sərhədə yaxın, Herat vilayətində oğurlanmışdı. Onların kimlər tərəfindən oğurlandığı bəlli deyil. İspaniyanın müdafiə rəsmiləri ölkədə başqa bir zorakılıq faktını ifşa ediblər. Əfqanıstanın qərb bölgəsində iki ispan əsgəri həlak olub, digər ikisi isə yaralanıb.

XS
SM
MD
LG