May ayından bəri İran həbsxanasında saxlanılan sülh fəalı, İran mənşəli amerikalı Əli Şakəri dünən azad edilib. İranın hüquq rəsmiləri Şakərinin 110 000 dollar məbləğində zəmanət ödədikdən sonra azad edildiyini bildirib. Lakin rəsmilər deyiblər ki, Şakərinin İranı tərk etməsi üçün hələ hakimin icazəsi yoxdur.
Qeyd edək ki, Əli Şakəri xəstə anasını görmək üçün may ayında Kaliforniyadan İrana getmiş və İranın təhlükəsizliyə hədə ittihamı ilə həbs edilmişdi. Əli Şakəri artıq İranın Evin həbsxanasından azad edilən dördüncü İran mənşəli amerikalıdır.