ABŞ dövlət katibi Kondoliza Rays müstəqil Kosovonun regiona sülh gətirə biləcəyini deyib. Röyter xəbər agentliyinə müsahibəsi zamanı xanım Rays deyib ki, Amerika Kosovunun müstəqilliyinin tərəfdarıdır. Dövlət katibi Kosovunun gələcəyi ilə bağlı ABŞ, Rusiya və Avropa Birliyinin vasitəçili ilə keçirilən danışıqların müsbət nəticə verəcəyinə ümid bəslədiyini deyib. Lakin Kondoliza Rays müstəqilliyin təktərəfli bəyan edilməsinin yaxşı ideya olmadığını vurğulayıb. Kosovonun gələcəyinə dair müzakirələr dekabr ayının 10-da başa çatmalıdır.