Accessibility links

Gürcüstan prezidenti dövlətçilik əleyhinə fəaliyyətlərdə günahlandırılır


Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili prezident Mixail Saakaşvilini dövlətçilik əleyhinə fəaliyyətlər, korrupsiya və qətlllərin sifarişində günahlandırıb.

Sabiq müdafiə naziri bu itithamları bu gün paytaxt Tbilisidə Birləşmiş Gürcüstan Hərəkatı adlı yeni müxalifət partyasının təsis edildiyini elan edərkən irəli sürüb. O deyib ki, hələ daxili işlər naziri vəzifəsində çalışarkən prezident Saakaşvilidən bir neçə nüfuzlu şəxsin aradan götürülməsinə dair göstəriş almışdı. İrakli Okruaşvili deyib ki, Saakaşvilinin 200 000 dollar məbləğində rüşvət aldığına görə həbs edilən dayısı onun əmri ilə azadlığa buraxılmışdı.

XS
SM
MD
LG