BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Əfqan prezidenti Həmid Karzayın bu gün Birləşmiş Ştatlar prezidenti Corc Buşla görüşüb. Danışıqlarda Əfqanıstanın təhlükəsizliyi və ölkədə artmaqda olan narkotik maddələrin ticarəti məsələləri diqqət mərkəzində olub. Cənab Buş deyib ki, əfqan qadınlarına təhsilin artırılması və ölkədə uşaq ölümünün qarşısının alınması məsələləri həllini tapmalıdır.
Cənab Karzay dünən Baş Assambleyadakı çıxışı zamanı onun ölkəsinin son 6 ildə uzun yol qət etdiyini, lakin hələ də bir çox problemlərin olduğunu deyib.
Bu arada Əfqanıstandan alınan xəbərdə bildirilir ki, dünəndən bəri ölkənin cənubundakı Helmənd vilayətinin Musa Qala bölgəsində beynəlxalq hərbi qüvvələrlə Taliban yaraqlıları arasında başlanan döyüşlər zamanı 125 nəfərdən çox yaraqlı öldürülüb. Hərbiçilər qarşıdurmanın bir Amerika əsgərinin də ölümünə səbəb olduğunu bildirirlər.