Accessibility links

Birmada nümayış iştirakçıları hücuma məruz qalıb


Şahidlərin dediyinə görə, Birmanın Ranqun şəhərində təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində iki adam ölüb. Ranqun sakinləri deyirlər ki, rahiblər və digərlərinin nümayişi zamanı onlar güllə səsləri və partlayan qaz balonlarının səslərini eşidiblər.

Ranqundan telefon vasitəsi ilə Amerikanın Səsinə müsahibə verən nümayişçilərdən biri yük maşınları ilə çox sayda əsgərin şəhər mərkəzinə gətirildiyini deyib. "Hərbiçilər nümayiş keçirən rahiblərin qarşısını almaq istəyirlər, lakin mən düşünürəm ki, xalq çox qəzəblidir" – deyə, o bildirib.

Qeyd edək ki, rahiblər Birmanın Buddist İcmasının nüfuzlu üzvlərindəndirlər. Təhlilçilər təxmin edirdilər ki, onlara hücum ölkə boyu kəskin narazılıqlara gətirib çıxaracaq.

XS
SM
MD
LG