Əfqanıstan rəsmiləri bildirir ki, ölkənin mərkəzində Vardak vilayətində Qırmızı Xaç cəmiyyətinin dörd işçisi oğurlanıb. Rəsmilər onların Kabilə qayıdarkın yolda oğurlandığını deyiblər. Qırmızı Xaç təşkilatının rəsmiləri iki xarici və iki əfqan işçinin itkin düşdüyünü təsdiq edib, lakin onların oğrulandığını deməkdən imtina ediblər. Təşkilatın işçilərinin Vardakda alman girovunun azad edilməsi üçün yaraqlılarla danışıqlar aparmağa getdiyi bildirilir. Taliban iki alman işçini iyul ayında oğurlamışdılar. Onların biri qətlə yetirilib, biri isə hələ də girov saxlanılır.