Accessibility links

Birma hökuməti təqibləri davam etdirir


Dünən Birma təhlükəsizlik qüvvələri paytaxt Ranqundakı Sule Paqodanın yanına toplaşan hökumətə etirazlar edən yüzlərlə nümayişçiyə atəş açıb. Kütləni dağıtmaq üçün ordu, döyüş sursatlarından və dəyənəklərdən istifadə edib. Hadisə zamanı ölənlər və yaralananlar haqda ilkin məlumat verilməyib. Dünən isə Birmadan verilən məlumata görə, mitinqlər zamanı təhlükəsizlik qüvvələri 9 nəfəri öldürüb, 11 nümayişçi isə müxtəlif dərəcəli xəsarət alıb. Birmada etirazlar keçən aydan başlayıb. Hərbi hökumət isə etirazçılara bir müddət tab gətirdikdən sonra keçən həftədən başlayaraq onlara güc tətbiq edir. Nümayişi ilk dəfə rahiblər başlasa da, sonrada onlara rahibələr və onminlərlə vətəndaş qoşulmuşdu.

XS
SM
MD
LG