Accessibility links

Şimali Koreyanın nüvə məsələsinin müzakirəsi Çində davam etdirilir


Şimali Koreyanın nüvə proqramı üzərində altı dövlətin Pekində apardığı müzakirələrin 3-cü günündə, müzakirə mövzusu dəyişərək enerji yardımı məsələsində mərkəzləşib. ABŞ-ın Dövlət Katibinin yardımçısı Kristofer Hilin sözlərinə görə, bu günə kimi aparılan danışıqlar yanacaq yardımı barədə olub. Prezident Buş dünən Şimali Koreyanın enerji yardımı məqsədilə 25 milyon dollar dəyərində yanacaq səhmi verib. Bu pul, Şimali Koreyanın nüvə qurğuları haqda hesabatların və onların ləğvinin inkişafına cavab olaraq ayrılıb. Keçən il Şimali Koreya nüvə silahını sınaqdan keçirəndən sonra, bu ilin fevral ayında nüvə proqramını yanacaq yardımı və siyasi güzəştlərlə əvəzləməyə razılaşmışdı.
XS
SM
MD
LG