Accessibility links

ABŞ prezidenti Konqresin işindən razı deyil


ABŞ prezidenti Corc Buş hökumətin fəaliyyətini davam etdirməsi üçün fövqəladə vəziyyətə dair qanun layihəsini imzalayacağını bidlirib. Prezident bazar ertəsi büdcə ilinin başlanğıcınadək məsrəflərə dair qanunu təsdiq edə bilmədiyinə görə konqresi tənqid edib. Həftəlik radio müraciəti zamanı prezident Buş demokratların əksəriyyət təşkil etdiyi konqresin fəaliyyətindən narazı qaldığını deyib. Qeyd edək ki, prezidentin qeyd etdiyi müvəqqəti qanun İraq müharibəsi və hökumətin uşaqların səhiyyə sığortası proqramının maliyyələşdirməsini nəzərdə tutur.

XS
SM
MD
LG