Accessibility links

BMT xüsusi nümayəndəsi Birmadadır


BMT-nin xüsusi nümayəndəsi Birmada hökumət əleyhinə nümayişlər nəticəsində qanlı toqquşmalara son qoymaq məsədilə ölkənin hərbi hökumətinin rəsmiləri və demokratiya fəalı Aunq San Suu Kyu ilə görüşüb. Xüsusi nümayəndə İbrahim Qəmbərinin Aunq San Suu Kyu ilə bu gün hökumətin qonaq evində görüşü bir saatdan artıq çəkib. Nobel mükafatı laureatı on ildən bəridir ev dustağıdır və onun görüşlərinə qadağa qoyulur. Qəmbəri BMT baş katibi Ban Ki Munun mesajını xunta liderlərinə çatdırıb. BMT bildirir ki, Qəmbəri missiyası başa çatana qədər general Than Şve ilə görüşəcəyinə ümid bəsləyir.
XS
SM
MD
LG