Accessibility links

Ukrayna seçkiləri açıq adlandırılır


Beynəlxalq seçki müşahidəçiləri seçilərin siyahısına dair bəzi problemlərə baxmayaraq, Ukraynada dünən keçirilən parlament seçkilərinin açıq və rəqabətli olduğunu deyirlər. ATƏT seçkilərin demokratik standartlara uyğun olduğunu qeyd edib. İlkin nəticələrə görə, müxalifət lideri Yulia Timoşenko blokunun 33, Yanukoviçin Regionlar partiyasının 32 faiz səs toplayıb. Qeyd edək ki, indiyədək səslərin üçdə iki hissəsi hesablanıb. Prezident Yuşenkonun Bizim Ukrayna partiyasının səslərin 16 faizini əldə etdiyi bildirilir. Yuşenkonun Bizim Ukrayna partiyası sabiq baş nazir Yulia Timoşenko ilə koalisiya quraraq, 450 yerli parlamentdə əksəriyyət əldə edəcəyi gözlənilir.

XS
SM
MD
LG