İnsan hüquqları təşkilatları Birmada demokratiya tərəfdarı nümayişlərin çoxsaylı iştirakçısının həbs edildiyini bildirir. Tailandda yerləşən Siyasi Məhbuslara Yardım Assosiasiyasının məlumatına görə, keçən həftə 1000 rahib və 300 mülki vətəndaş nəzarət altına alınıb. Birmada siyasi prosesləri yaxından izləyən bu qrup rahiblərin dini rütbələrindən məhrum edildiyini deyir.
Honq Konqda yerləşən Asiya Insan Hüquqları Komissiyasının bildirdiyinə görə, Birmanın təhlükəsizlik qüvvələri 700 rahibi və 500 adi vətəndaşı ələ keçirmiş və onların harada saxlandığı bəlli deyil.
Xatrıaldaq ki, rahiblər demokratiya və azadlıq çağırışı ilə Birmanın hərbi hökumətinə etirazını bildirirdi.