Cənubi Koreya prezidenti Roh Mun Hyun Şimali Koreya ilə sərhədi piyada keçərək, şimala səfərə başlayıb. Prezidenti daha sonra Şimali Koreya lideri Kim Yong Pxenyanda qarşılayıb . Roh Mu-Hyun deyib ki, o, Şimali Koreya lideri Kim Yonq İllə bölünmüş Koreya yarımadasında daimi sülh şəraitinin yaranmasına çalışacaq.
Bu səfər 1953-cü il iki dövlət arasındakı Koreya müharibəsindən sonra əldə edilən atəşkəsdən bəri ikinci görüşdür. Liderlər hərbi əlaqələrin inkişafı, sülh sazişi və tərksilah məsələlərini müzakirə edirlər.