Accessibility links

Pakistan Benəzir Bhuttoya qarşı ittihamları dayandırıb


Pakistan hökuməti hazırda sürgündə olan keçmiş baş nazir Benazir Buttoya qarşı irəli sürülən korrupsiya ittihamlarını dayandırmağı qərara alıb. Bu hərəkət, xanım Buttonun prezident Pərviz Müşərrəflə hakimiyyət bölgüsü barədə razılaşmanın tələblərindən biridir. O, 1990-cı illərdə 2 dəfə baş nazir olub. Hökumət onun haqqında rüçvətxorluq bəyənatları ilə çıxır edəndən sonra, sabiq baş nazir Pakistanı tərk edərək mühacir həyatı yaşamağa başlayıb. Dünən Pakistan rəsmilərindən verilən başqa xəbərdə bildirilir ki, əgər Müşərrəf ordu başçılığından əl çəksə, onu Kəşfiyyat İdarəsinin rəhbəri General Aşfaq Pərviz əvəz edəcək. Xatırladaq ki, Müşərrəf yenidən prezident seçiləcəyi təqdirdə ordu rəhbərliyindən əl çəkəcəyini bildirmişdi.

XS
SM
MD
LG