Accessibility links

Seçkilərin nəticəsi elan edilməsə də hökumətin təşkilindən danışılır


Ukraynada parlament seçkilərinin nəticələrinin elan edilməməsinə baxmayaraq, tərəflər yeni hökumətin qurulmasından danışır. İlkin nəticələrə görə, baş nazir Viktor Yanukoviçin Regionlar partiyası 34 faiz səs toplayıb. Müxalifət lideri Yulia Timoşenkonun blokunun 31 faiz səs əldə etdiyi bildirilir. Qeyd edək ki, indiyədək səslərin 97 faizi hesablanıb. Prezident Yuşenkonun Bizim Ukrayna partiyasının səslərin 14 faizini əldə etdiyi bildirilir. Yuşenkonun Bizim Ukrayna partiyası sabiq baş nazir Yulia Timoşenko ilə koalisiya quraraq 450 yerli parlamentdə əksəriyyət təşkil etməyi planlaşdırır.

XS
SM
MD
LG