Accessibility links

ABŞ-ın sabiq prezidenti Cimmi Karter Sudana səfər edir


Sudanda səfərdə olan sabiq ABŞ prezidenti Cimmi Karter bu gün Sudan təhlükəsizlik rəsmiləri ilə qızğın mübahisə edib. Cənab Karter qərbi regionda etnik Afrika qaçqınları ilə görüşmək üçün Darfur regionunun Kabkabiya qəsəbəsinə gedib.

Sabiq prezidentə yerli qəbilə başçıları ilə görüşməyə icazə verilmədikdən sonra o, yerli təhlükəsizlik rəsmisinə qəzəblənib. Cənab Karter bildirib ki, zabitin görüşün qarşısını almaq səlahiyyəti yoxdur və söz verib ki, məsələni Sudan prezidenti Ömər Əl-Bəşirə çatdıracaq.

Cənab Karter Sudana Cənubi Afrikalı, arxiyepiskop Desmond Tutu ilə birgə səfər edir.

XS
SM
MD
LG